satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib

Naxçıvanda 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib

 

Yanvarın 20-si saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

NTV xəbər verir ki, hüzn əlaməti olaraq dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.

Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Naxçıvan şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM