satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda ət satışı mağazasının fəaliyyəti dayandırılıb - FOTOLAR

Ordubadda ət satışı mağazasının fəaliyyəti dayandırılıb<font color=red> - FOTOLAR</font> Ordubadda ət satışı mağazasının fəaliyyəti dayandırılıb<font color=red> - FOTOLAR</font>

Ordubad şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən İbrahimov Əmir İbrahim oğluna məxsus ət satışı mağazasında nöqsanlar aşkarlanıb.

Bu barədə NTV-yə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib. Çirkli suların axıdılması üçün kanalizasiya xəttinin mövcud olmadığı və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.

Nöqsanların aradan qaldırılması məqsədilə sahibkara müvafiq göstərişlər verilib, barəsində inzibati protokol tərtib olunub. Çatışmazlıqlar aradan qaldırılanadək mağazanın fəaliyyəti məhdudlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM