satellite   Azerspace-1: 11135 H 30000

Saatlıda iki narkokuryer saxlanılıb - FOTOLAR

Saatlıda iki narkokuryer saxlanılıb<font color=red> - FOTOLAR</font> Saatlıda iki narkokuryer saxlanılıb<font color=red> - FOTOLAR</font>

Saatlıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə NTV-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Alxan Ağarəhimov və 35 yaşlı Elvin Mehdiyev saxlanılıb.

Onlardan 6 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. Alxan Ağarəhimov və Elvin Mehdiyev sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM