satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gömrükçüləri xəz dəri məmulatları aşkar edib

Azərbaycan gömrükçüləri xəz dəri məmulatları aşkar edib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xəz dəri məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

NTV Komitəyə istinadən xəbər verir ki, Pekin-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı bundan öncə etdiyi səfərdə əl yükləri üzərində mövcud olan birkaları saxlayıb, bu dəfə isə həmin çantaları baqaj yükü kimi təqdim etməklə, yüklərin yoxlanışdan keçdiyi görüntüsünü yaradaraq "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk etmək istəyib.

Gömrük əməkdaşı vətəndaşı "Qırmızı kanal"a yönləndirib və rentgen qurğusu ilə onun yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı həmin şəxsə məxsus çamadan və sellofan torbadan gömrük orqanlarına bəyan edilməyən 27 ədəd müxtəlif markalı xəz dəri məmulatları aşkar edilmişdir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM