satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda suvarma ilə kollektor-drenaj şəbəkələri tikiləcək

Naxçıvanda suvarma ilə kollektor-drenaj şəbəkələri tikiləcək

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma və kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanacaq.

NTV-nin məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

Bundan başqa, Naxçıvan şəhərinin Qaraxanbəyli və Tumbul kəndlərinin ərazisində, həmçinin, Şərur rayonunun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində də kollektor-drenaj şəbəkələri tikintisinin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM