satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda "Bahar festivalı" keçirilir

Naxçıvanda "Bahar festivalı" keçirilir

Novruz bayramı münasibətilə Naxçıvan şəhərində yerləşən "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində "Bahar festivalı" təşkil olunub.

NTV xəbər verir ki, tədbir Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutur.

Festivalda Xalq artistləri və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təqdim edilir, muxtar respublikanın musiqi və folklor kollektivləri çıxış edirlər. Eyni zamanda, xalq sənət nümunələri, əl işləri, milli geyimlər və Novruz ənənələrini əks etdirən sərgilər təşkil olunub. Qonaqlara milli mətbəxin təamları təqdim edilib.

Festival ərazisində 30-dan çox sərgi-satış stendi və 20 iaşə köşkü fəaliyyət göstərəcək.

"Bahar festivalı" bu gündən başlayaraq bayram günləri boyunca davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM