satellite   Azerspace-1: 11135 H 30000

Böyük Qayıdış: Növbəti köç karvanı Kəlbəcərə yola salınıb - FOTOLAR

Böyük Qayıdış: Növbəti köç karvanı Kəlbəcərə yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Növbəti köç karvanı Kəlbəcərə yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Növbəti köç karvanı Kəlbəcərə yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Növbəti köç karvanı Kəlbəcərə yola salınıb<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Növbəti köç karvanı Kəlbəcərə yola salınıb<font color=red> - FOTOLAR</font>

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.

NTV xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.

İllərlə məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər üçün bu gün həm kədərli xatirələrin silindiyi, həm də böyük qürurun yaşandığı andır. Sakinlər bildirirlər ki, 1993-cü ilin aprelin 2-də yurdlarından ağır şəraitdə çıxmağa məcbur qaldıqları halda, 33 il sonra — elə həmin təqvim günündə Kəlbəcərə qalib bir xalqın nümayəndələri kimi qayıdırlar.

Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Kəlbəcər sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM