satellite   Azerspace-1: 11135 H 30000

Ötən il 46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub

Ötən il 46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub

2025-ci ildə xarici ölkələrdə 46 Azərbaycan vətəndaşı insan alverinin qurbanı olub.

NTV xəbər verir ki, bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə illik məlumatında öz əksini tapıb.

Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, onlardan 33-ü Türkiyə, 10-u Birləşmiş Ərəb Əmirlikləri, 3-ü isə Pakistanda cinsi istismara məruz qalıb.

Hesabatda qeyd edilib ki, qurbanlardan 4-ü 18-25 yaş arası, 28-i 25-35 yaş arası, 14-ü 35 yaşdan yuxarı yaş həddində olub.

Vurğulanıb ki, həmin hüquqazidd əməllərlə əlaqədar 10 cinayət işi başlanılıb (bir cinayət işinin istintaqı çərçivəsində 20-dək faktın istintaqı aparılıb), 8 cinayət işi üzrə 10 şəxs (9-u qadın) təqsirləndirilən qismində cəlb olunub, 12 nəfər (11-i qadın) məhkəmə məsuliyyətinə verilib.

Bildirilib ki, zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi də diqqətdə saxlanılıb, hər birinə 700 manat məbləğdə birdəfəlik müavinət ödənilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM