satellite   Azerspace-1: 11135 H 30000

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Mayın 7-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 95, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 20 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tapança, 7 qumbara, 8 alışdırıcı, 3 tüfəng, 32 patron darağı və 925 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər də saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM