satellite   Azerspace-1: 11135 H 30000

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub

Masallı rayonu ərazisində "Vaz 21074" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisləri ona “saxla” işarəsi veriblər.

NTV xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Ə.Səfərlinin narkotik vasitədən istifadə etdiyinə də şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.

Məhkəmənin qərarı ilə Ə.Səfərli 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM