Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəis müavini, rəis vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
NTV xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Fətəliyev Nurlan Mirzəmməd oğlu həmin vəzifəyə təyin olunub.
Qeyd edək ki, bundan əvvəl Fətəliyev Nurlan Mirzəmməd oğlu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
