satellite   Azerspace-1: 11135 H 30000

Ayaz Mirzəyev: Media şəhərsalma və mənzil problemlərini işıqlandırmaqla ictimai məsuliyyətin artmasına töhfə verir

Ayaz Mirzəyev: Media şəhərsalma və mənzil problemlərini işıqlandırmaqla ictimai məsuliyyətin artmasına töhfə verir

Media insanların həyat tərzini müsbətə doğru dəyişdirə biləcək və onların bu çağırışlara qarşı fərdi və kollektiv münasibətini formalaşdıracaq ən təsirli amildir. Eyni zamanda, əhalinin əlçatan və dayanıqlı mənzillərlə təmin olunması müasir şəhərlərin gələcəyi üçün təməl şərtdir. İnsanların çoxşaxəli sosial-iqtisadi problemlərlə qarşılaşdığı belə bir dövrdə medianın üzərinə çox böyük məsuliyyət düşür.

NTV xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzulu tədbirdə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib.

O bildirib ki, media və yaradıcı platformalar şəhərsalma və mənzil problemlərini insan hekayələri üzərindən işıqlandırmaqla cəmiyyətdə sosial həssaslığın və ictimai məsuliyyətin artmasına töhfə verir.

"Məsələn, blogerlərimiz, sənədli film rejissorlarımız və media nümayəndələrimiz şəhərsalma prinsiplərini və mənzil problemlərini gündəmə gətirəndə, cəmiyyət bu məsələlərə daha çox həssaslıqla yanaşmağa başlayır. İnsanlar evsizlik problemlərinə, ehtiyac sahiblərinin mənzil şəraitinin yaxşılaşdırılmasına qarşı daha diqqətli olurlar. Çünki peşəkar media subyektləri yalnız tikilən binaların statistikası barədə hesabat vermir, həm də həmin binalarda yaşayan insanların həyatını, duyğularını, ümidlərini və qarşılaşdıqları çətinlikləri bütün çılpaqlığı ilə işıqlandırır", - deyə A.Mirzəyev qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM