satellite   Azerspace-1: 11135 H 30000

Umayra Tağıyeva: Bakıda ağacların uçotu sistemi tətbiq edilib

Umayra Tağıyeva: Bakıda ağacların uçotu sistemi tətbiq edilib

Yaşıl infrastruktur şəhərin həddindən artıq isinməsinin azaldılması, çirkləndirici maddələrin udulması və həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

NTV xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

O bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə irimiqyaslı layihələr həyata keçirilir.

Onun sözlərinə görə, layihələr nazirliklər, icra strukturları və bələdiyyələr tərəfindən birgə həyata keçirilir.

Qeyd olunur ki, bu cür uçot sistemi təkcə hər bir ağacın vəziyyətinə nəzarət etməyə deyil, həm də şəhər ərazisinin gələcək yaşıllaşdırılmasını səmərəli şəkildə planlaşdırmağa imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM