satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Mayın 22-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən NTV-yə  bildirilib ki, bu səbəbdən 35/10 kV-luq “Xətai” yarımstansiyasında enerji verilişi dayandırılacaq. Nəticədə Xətai, 20-ci, 21-ci, 35-ci, 48-ci, 49-cu və 52-ci məhəllələrdə saat 14:00-dan 16:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM