satellite   Azerspace-1: 11135 H 30000

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

İyunun 18-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə NTV-yə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 184, o cümlədən borclu şəxs qismində axtarışda olan 161, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eləcə də narkotiklərlə əlaqəli 23 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumi çəkisi 48,2 kiloqrama yaxın narkotik vasitə və 1610 ədəd güclü təsiredici xassəyə malik metadon həbi, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş 14 çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 3,4 ton çəkidə 11 min 210 çətənə, 1 tona yaxın çəkidə isə 6 min 620 xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 1 patron darağı və 9 ədəd patron aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər də saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM