ABŞ-nin “İnter Mayami” klubunun argentinalı ulduzu Lionel Messi karyerasında daha bir rekorda yaxınlaşıb.
NTV xəbər verir ki, “Kolumbus Kryu”ya 1:2 hesabı ilə məğlub olduğu görüşdə komandasının yeganə qolunu Messi vurub. O, 33-cü dəqiqədə cərimə zərbəsindən fərqlənib. Bu qol Lionel Messinin peşəkar karyerasında cərimə zərbəsindən vurduğu 75-ci qol olub.
Bununla da 39 yaşlı hücumçu bütün zamanların ən çox cərimə zərbəsindən qol vuran futbolçuları siyahısında ikinci pilləyə yüksəlib.
Messi 74 cərimə zərbəsi qolu olan braziliyalı Jair Rosa Pintonu geridə qoyub. Siyahıya isə 78 qolla digər braziliyalı futbolçu Marselinyo Kariosa başçılıq edir.
