satellite   Azerspace-1: 11135 H 30000

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-avqust aylarında 32 min 440 uşağa xidmətlər göstərilib.

Nazirliyin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, onlardan əlilliyi olan 1541 uşaq stasionar, 19 min 560 uşaq ambulator, digərləri icmaəsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM