satellite   Azerspace-1: 11135 H 30000

Dörd milyondan çox vətəndaşa narkotiklərin ziyanı barədə maarifləndirici SMS-lər göndərilib

Dörd milyondan çox vətəndaşa narkotiklərin ziyanı barədə maarifləndirici SMS-lər göndərilib

Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu aidiyyəti qurumla birgə cari il iyunun 23, 24 və 25-də “Azercell” abunəçilərinə narkotiklərin fəsadları barədə SMS-bildirişlərin göndərilməsi təmin edib.

Bu barədə NTV-yə  İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, göndərilən SMS-lərdə abunəçilərə belə çağırış olunub: “DK İşçi Qrupu: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802”

Maarifləndirici mesajların mərhələli şəkildə 3 gün ərzində ümumilikdə 4 milyon 171 minə yaxın abunəçiyə göndərilməsi təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM