satellite   Azerspace-1: 11135 H 30000

DTX rəisinin müavini: Aşkarlanan 32 kütləvi məzarlıqdan 893 insan qalıqları tapılıb

DTX rəisinin müavini: Aşkarlanan 32 kütləvi məzarlıqdan 893 insan qalıqları tapılıb

Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib.

NTV  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bugünkü günədək aparılan axtarış və identifikasiya işləri nəticəsində 893 nəfərə aid insan qalıqları aşkar edilərək ekshumasiya olunub.

"Onlardan 327 nəfərin şəxsiyyəti DNT və məhkəmə-tibb ekspertizası vasitəsilə müəyyən edilib, 226 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub".

Hazırda 3 683 nəfər hələ də itkin hesab olunur.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib.

Ş.Həsənov bildirib ki, toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir.

General bildirib ki, Azərbaycanda Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar qeydiyyata alınmış itkin düşmüş şəxslərin ümumi sayı 4 010 nəfər təşkil edir.

Onun sözlərinə görə, onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə İkinci Qarabağ müharibəsində itkin düşüb:

"İtkin düşənlərin 3 222-si hərbçi, 782-si isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 yaşlı şəxs var".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM