Göyçayda polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə NTV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi çəkisi 2 ton 300 kiloqram olan 5400 ədəd çətənə kolu məhv edilib.
