satellite   Azerspace-1: 11135 H 30000

Şərurda həyətyanı sahədə yanğın olub, heyvanlar xilas edilib

Şərurda həyətyanı sahədə yanğın olub, heyvanlar xilas edilib

Şərur rayonunun Yengicə kəndində həyətyanı sahədə yanğın baş verib.

NTV xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumata əsasən, hadisə yerinə dərhal Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində 510 kiloqram ot bağlaması yanıb. Yanğın zamanı 1 020 kiloqram ot bağlaması, həmçinin 55 kvadratmetr sahəsi olan yardımçı tikilidə saxlanılan 5 baş iribuynuzlu və 3 baş xırdabuynuzlu heyvan xilas edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM