satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay 68 aptekdə yoxlama keçirilib, 10-da nöqsan aşkarlanıb

Ötən ay 68 aptekdə yoxlama keçirilib, 10-da nöqsan aşkarlanıb

İyun ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 56 planlı və 12 plandankənar olmaqla 68 aptekdə yoxlama aparıb.

NTV xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Yoxlamalardan 58-i Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 56-sı planlı, 12-si isə plandankənar olub.

Yoxlamaların nəticələrinə əsasən, 10 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı saxlanma şəraitinin tələblərinə əməl edilmədiyinə görə 11 adda, ümumilikdə 38 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 9 inzibati protokol tərtib olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM