satellite   Azerspace-1: 11135 H 30000

Qaz qurğularının xəritələrindən istifadəyə görə dövlət rüsumu ləğv edilir

Qaz qurğularının xəritələrindən istifadəyə görə dövlət rüsumu ləğv edilir

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə dövlət rüsumu ləğv edilir.

NTV xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iyulun 7-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar iki qanuna - “Dövlət rüsumu haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilməsi nəzərdə tutulur. Yeni “Qaz təchizatı haqqında” qanunda ləğv edilmiş 1998-ci il 30 iyun tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” Qanunda müvafiq dəyişiklik edilir (18.59-cu maddə ləğv edilir). Eyni zamanda, “Energetika haqqında” Qanunda terminoloji xarakterli uyğunlaşdırma həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM