satellite   Azerspace-1: 11135 H 30000

Şeyxülislam Allahşükür Paşazadə Daşkənddə sülhün və tolerantlığın təşviqinə çağırış edib - FOTOLAR

Şeyxülislam Allahşükür Paşazadə Daşkənddə sülhün və tolerantlığın təşviqinə çağırış edib<font color=red> - FOTOLAR</font>

Daşkənddə keçiriləcək “İslam sivilizasiyası: Sülh, tolerantlıq və maarifçilik yolu” mövzusunda Birinci Beynəlxalq İslam Forumu işə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat xidmətindən NTV-yə bildirilib ki, forumda çıxış edən QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə beynəlxalq humanitar əməkdaşlığın, sülhün, tolerantlığın və sivilizasiyalararası dialoqun təşviqinin əhəmiyyətini vurğulayıb, Özbəkistanda İslam irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirib. Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq münasibətlərinin, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində dini-mənəvi əməkdaşlığın daha da inkişaf etdiyini diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin növbəti – 7-ci görüşünün bu ilin sentyabrında Bakıda keçiriləcəyini qeyd edən A.Paşazadə bildirib ki, tədbir çərçivəsində görkəmli İslam mütəfəkkiri Seyyid Yəhya Bakuvinin irsinə həsr olunan beynəlxalq konfransın təşkili də nəzərdə tutulur.

QMİ sədri, həmçinin forum iştirakçılarını İslamın sülh, humanizm və maarifçilik dəyərlərinin təşviqi naminə birgə səyləri davam etdirməyə çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM