satellite   Azerspace-1: 11135 H 30000

Valideyn himayəsindən məhrum uşaqlar üçün “Karyera düşərgəsi”nə start verilib - FOTOLAR

Valideyn himayəsindən məhrum uşaqlar üçün “Karyera düşərgəsi”nə start verilib<font color=red> - FOTOLAR</font> Valideyn himayəsindən məhrum uşaqlar üçün “Karyera düşərgəsi”nə start verilib<font color=red> - FOTOLAR</font> Valideyn himayəsindən məhrum uşaqlar üçün “Karyera düşərgəsi”nə start verilib<font color=red> - FOTOLAR</font>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin və Sosial Xidmətlər Agentliyinin birgə həyata keçirdiyi “Karyera körpüsü” layihəsi çərçivəsində “Karyera düşərgəsi”nə başlanılıb.

Bu barədə NTV-yə  ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin yuxarı sinif şagirdlərinin və məzunlarının əmək bazarına hazırlıqlı olmalarına, şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmələrinə, gələcəkdə uğurlu karyera qurmalarına dəstəyin göstərilməsidir.

5 gün davam edəcək düşərgə müddətində iştirakçılar üçün motivasiya, özünüdərketmə, əmək bazarı, karyera planlaması, effektiv ünsiyyət, vaxtın idarəolunması mövzularına dair interaktiv təlimlər təşkil ediləcək. Onlar, həmçinin CV-nin hazırlanması, iş müsahibəsinə hazırlıq və süni intellektin əmək bazarına təsiri kimi mövzuları əhatə edən təlimlərə, mədəni-əyləncəli proqramlara cəlb ediləcəklər.

Qeyd edək ki, “Karyera körpüsü” layihəsi çərçivəsində iştirakçılar üçün iki ili əhatə edən fərdi inkişaf planları hazırlanacaq. Onlara karyera və peşəyönümü məsləhəti xidmətləri göstəriləcək və məşğulluq imkanlarının genişləndirilməsi üçün tədbirlər həyata keçiriləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM