satellite   Azerspace-1: 11135 H 30000

İordaniya Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır

İordaniya Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişlənməsində maraqlıdır

Səhiyyə naziri Teymur Musayev İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, görüşdə səhiyyə sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər tibbi xidmətlərin təşkili, rəqəmsal səhiyyə, tibb elmi, əczaçılıq və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Teymur Musayev Azərbaycan ilə İordaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin mövcudluğunu vurğulayıb. Nazir səhiyyə sektorunda da qarşılıqlı təcrübə mübadiləsi, tibbi təhsil, səhiyyə mütəxəssislərinin hazırlanması və elmi-praktik əməkdaşlıq istiqamətlərində əlaqələrin inkişafı üçün əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib.

Ömər Bərəkət əl-Nahar Azərbaycan ilə İordaniya arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Səfir səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və birgə layihələrin həyata keçirilməsinin hər iki ölkə üçün faydalı olacağını bildirib.

Görüşün sonunda tərəflər Azərbaycan və İordaniya arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla aparılacağına əminliklərini ifadə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM