satellite   Azerspace-1: 11135 H 30000

Ankarada türk dövlətlərinin mediasiya sahəsində daha sıx əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTOLAR

Ankarada türk dövlətlərinin mediasiya sahəsində daha sıx əməkdaşlığının perspektivləri müzakirə olunub<font color=red> - FOTOLAR</font> Ankarada türk dövlətlərinin mediasiya sahəsində daha sıx əməkdaşlığının perspektivləri müzakirə olunub<font color=red> - FOTOLAR</font>

Ankarada “Türk dünyasında əməkdaşlığın institusionallaşdırılması. Mediatorluğun gələcəyi. Türk dünyasının mediatorluq Konvensiyası” mövzusunda müzakirələr keçirilib.

NTV xəbər verir ki, Türkiyə Ədliyyə Nazirliyi və Türk Dünyası Mediatorlar Birliyinin birgə təşkil etdiyi tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) də daxil olmaqla müxtəlif ölkələrdən vəkillər və alimlər iştirak ediblər.

Açılış nitqində Türkiyə Ədliyyə Nazirliyinin Mediatorluq şöbəsinin müdiri İlhan Durmuşoğlu qeyd edib ki, Ankara “Hakimlər Evi”ndə keçirilən müzakirələrin məqsədi təkcə mediatorluğun bu gününü və gələcəyini araşdırmaq deyil, həm də Türk dünyasında mübahisələrin həlli metodu kimi bu sahənin inkişafına dair ortaq vizyonu genişləndirməkdir.

İ. Durmuşoğlunun sözlərinə görə, barışıq mədəniyyətinin türk cəmiyyətində dərin tarixi kökləri var. O qeyd edib ki, Türkiyədə mediatorluq 2013-cü ildən bəri fəal şəkildə istifadə olunur və son illər ərzində ölkənin hüquqi mübahisələrin həlli sisteminin mühüm tərkib hissəsinə çevrilib. “Mediatorluq təkcə məhkəmələrin yükünü azaldan mexanizm deyil, həm də ədalətə çıxışı asanlaşdıran, tərəflərin maraqlarını qoruyan, ticarət əlaqələrinin davam etdirilməsini təmin edən və sosial barışıq mədəniyyətini gücləndirən mühüm hüquqi təsisatdır”, - deyə Türkiyə Ədliyyə Nazirliyinin şöbə müdiri bildirib.

Onun fikrincə, türk dövlətləri arasında iqtisadi, mədəni və siyasi əməkdaşlığın inkişafı hüquqi münasibətlər sahəsində daha güclü institusionallaşdırmanı, həmçinin vahid standartların müəyyən edilməsini tələb edir. Bu baxımdan, İ. Durmuşoğlu Türk dünyasında mediatorluq təlimi üçün vahid standartın yaradılmasını, ortaq etik prinsiplərin müəyyən edilməsini və türk ölkələri arasında bu sahədə təcrübə mübadiləsi proqramlarının təşkil olunmasını təklif edib. O, həmçinin Türk Dünyasında Beynəlxalq Mediasiya Mərkəzinin yaradılmasının mümkünlüyünü də istisna etməyib.

Türk Dünyası Mediatorlar Birliyinin rəhbəri Yakup Erikeli 2035-ci ilə qədər Türk dünyasında mediasiyanın inkişafı Konsepsiyası, həmçinin mediatorluq sahəsində ortaq hüquqi gələcək üçün yeni yol xəritəsi barədə danışıb. O bildirib: “Ölkələrimiz öz ixtisaslı kadrlarına güvənərək beynəlxalq hüquq çərçivəsində mübahisələri həll etmək üçün bilik, təcrübə və institusional potensiala malikdir. Bu potensialı daha sıx əməkdaşlıq yolu ilə institusionallaşdırmağın vaxtı gəlib çatıb”.

Türk Dünyası Mediatorlar Birliyinin rəhbəri Türk dünyasında hüquq və mediatorluq institutlarına yönəlmiş rəqəmsal platformanın yaradılması üzrə işlərin başlandığını bildirib: “Bu platforma sayəsində fərdlər, şirkətlər və qurumlar sürətli, etibarlı və effektiv həllərə nail olmaqla ekspert mediatorların təcrübəsindən faydalana biləcəklər. Biz Türk dünyasında ortaq hüquq institutlarını formalaşdıracaq nəsil olmaq istəyirik”.

Müzakirələrdə ölkəmizi Azərbaycan Mediasiya Şurası İdarə Heyətinin və Vəkillər Kollegiyasının üzvü Sima Yaqubova təmsil edib və iştirakçılara ölkənin mediasiya sahəsindəki təcrübəsi, qazanılan nailiyyətlər barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycan qısa müddət ərzində yüzlərlə peşəkar hüquqşünas və hüquqi şəxsi birləşdirən müasir mediasiya sistemini inkişaf etdirib.

S. Yaqubova bir sıra təşəbbüslərlə, o cümlədən mediasiya standartlarının uyğunlaşdırılması və mediasiya müqavilələrinin qarşılıqlı tanınmasına qarşı bürokratik maneələrin aradan qaldırılması təklifləri ilə çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM