satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda - FOTOLAR

Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font> Naxçıvanda gənclərin media ilə bir günü – könüllülər “Şərq qapısı”nda<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 22 İyul – Milli Mətbuat Günü əlaqədar könüllü gənclərin “Şərq qapısı” qəzetinə ekskursiya təşkil edilib. “Media ilə bir gün” layihəsi çərçivəsində reallaşan ekskursiyada gənclər qəzetin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, ekskusiyanın əvvəlində nazirliyin əməkdaşı Emil Səmədov çıxış edərək layihənin məqsədi barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, təşəbbüsün əsas məqsədi gənclərdə media sahəsinə marağın artırılması, kütləvi informasiya vasitələrinin fəaliyyəti, xəbərin hazırlanması və yayımlanması prosesi, jurnalist peşəsinin cəmiyyət həyatındakı rolu barədə məlumatlılığın yüksəldilməsidir. O, qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə qurumun rəhbərliyi və kollektivi adından “Şərq qapısı” qəzetinin kollektivini təbrik edib, gənclər və idman siyasətinin təbliğinə göstərilən informasiya dəstəyinə görə təşəkkürünü ifadə edib.

Sonra qəzetin əməkdaşı Məhəbbət Mirzəyeva çıxış edərək redaksiyanın fəaliyyəti, qəzetin Azərbaycan milli mətbuat tarixində tutduğu mühüm yer və bir əsrdən artıq inkişaf yolu barədə ətraflı məlumat verib. Bildirilib ki, “Şərq qapısı” qəzeti ictimai-siyasi, sosial və mədəni həyatın işıqlandırılmasında mühüm rol oynayan, zəngin ənənələrə malik mətbuat orqanlarından biridir.

Görüş çərçivəsində könüllü gənclər qəzetin əməkdaşları ilə görüşüb, iş prosesi ilə yaxından tanış olublar. Onlara qəzetin gündəlik fəaliyyəti, əməkdaşların vəzifələri və müasir media mühitində redaksiyanın iş prinsipləri barədə ətraflı məlumat verilib. İştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. 

Sonda gənclər tərəfindən hazırlanmış və “Şərq qapısı” loqotipinin əks olunduğu rəsm nümunəsi redaksiyaya hədiyyə olunub, xatirə şəkli çəkdirilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM