satellite   Azerspace-1: 11135 H 30000

AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib

AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) avqust və sentyabr ayları ərzində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə yüksək sərnişin tələbatını nəzərə alaraq, sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviabiletlərini öncədən əldə etməyi tövsiyə edir.

NTV AZAL-a istinadən xəbər verir ki, bu dövrdə yay məzuniyyətindən qayıdanların, yeni tədris ilinin başlaması ilə əlaqədar tələbə və ailələrin, eləcə də işgüzar səfərlərin sayının artması Naxçıvan istiqamətində sərnişin axınının yüksəlməsinə səbəb olur. Nəticədə bəzi tarixlər üzrə reyslərdə yerlər daha qısa müddətdə dolur. Səyahətin əvvəlcədən planlaşdırılması sərnişinlərə həm uyğun tarix və saat üzrə daha geniş seçim imkanı yaradır, həm də səfərlərini daha rahat təşkil etməyə kömək edir.

Hazırda Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gündəlik 16 müntəzəm reys (gediş-gəliş olmaqla) həyata keçirilir. Həmçinin Azərbaycanın milli aviadaşıyıcısı sərnişin tələbatını davamlı olaraq təhlil edir və əməliyyat imkanları çərçivəsində uçuş proqramını optimallaşdırmaqla yanaşı, zərurət yarandıqda əlavə reyslərin təyin olunması imkanlarını da nəzərdən keçirir.

Qeyd edək ki, Naxçıvan istiqamətində uçuş proqramı sərnişin tələbatı ilə yanaşı, regionun mürəkkəb dağlıq relyefi, hava şəraiti və digər əməliyyat amilləri nəzərə alınmaqla formalaşdırılır. Bu səbəbdən reyslərin planlaşdırılması və icrası uçuşların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin edən əməliyyat tələblərinə uyğun olaraq həyata keçirilir.

Aviabiletləri AZAL-ın rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış məntəqələri və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM