satellite   Azerspace-1: 11135 H 30000

Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olunub - FOTOLAR

Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olunub<font color=red> - FOTOLAR</font> Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olunub<font color=red> - FOTOLAR</font>

Ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlının Qaracalar kəndlərinin ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə  bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H. Məmmədov, F. Fərəcov, M. Əzizov, S. Şahəliyev və R. Mecdinov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM