satellite   Azerspace-1: 11135 H 30000

Yavər Abbasov Qarabağ Regional DOST Mərkəzinin direktor müavini təyin edilib

Yavər Abbasov Qarabağ Regional DOST Mərkəzinin direktor müavini təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni kadr təyinatı olub.

NTV-nin məlumatına görə, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Yavər Abbasov Qarabağ Regional DOST Mərkəzinin direktor müavini təyin edilib.

Qeyd edək ki, Yavər Abbasov 1991-ci ildə Şərur rayonunda anadan olub. Naxçıvan Dövlət Universitetinin “Sosial iş” ixtisasını bitirib. Əmək fəaliyyətinə 2016-cı ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində aparıcı vəzifəsi ilə başlayıb.

2018-2024-cü illərdə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildən Muxtar Respublikanın Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.

2025-ci ilin oktyabr ayından 2026-cı ilin may ayına qədər Naxçıvan Regional DOST Mərkəzinin direktoru olub. Bu ilin avqustuna qədər isə 1 saylı Bakı DOST Mərkəzində direktor müavini vəzifəsində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Kəlbəcərə dolu yağıb

16:02 28.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM