satellite   Azerspace-1: 11135 H 30000

Qətər LNG tədarükü üzrə fors-major müddəti uzadıb

Qətər LNG tədarükü üzrə fors-major müddəti uzadıb

Qətərin Avropa və Asiyadakı alıcılara mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü üzrə fors-major müddətini daha bir ay uzatdığı bildirilir.

NTV xarici mediaya istinadla xəbər verir ki, mənbələrə görə, Qətərin dövlət şirkəti “QatarEnergy” bu həftə Pakistan alıcılarına LNG daşınmaları ilə bağlı ləğvlərin oktyabr ayına qədər davam edəcəyini açıqlayıb. Eyni mənbələr Banqladeşə tədarük üçün fors-major statusunun da sentyabr ayının sonundan sonrakı müddətə uzadıldığını deyib.

“QatarEnergy”nin müştərisi olan İtaliyanın “Edison” şirkəti isə ləğvlərin noyabrın əvvəlinə qədər uzadıldığını açıqlayıb. Avropadakı digər treyderlər də bildiriş almağa başlayıblar.

“QatarEnergy” hələlik məsələ ilə bağlı şərh verməyib.

Ekspertlər görə, Qətər Hörmüz boğazından yük daşımaqda daha ehtiyatlıdır, çünki LNG gəmiləri neft tankerlərindən daha az və daha dəyərlidir.

Qeyd edək ki, Qətər iyul ayında iki tankerinə hücum edildikdən sonra Hörmüz boğazından LNG daşınmasını dayandırıb. ABŞ və İran arasında hələ də sülh müqaviləsi bağlanmadığı üçün bu, keçən il qlobal LNG tədarükünün təxminən beşdəbirini keçdiyi boğazdan axınların daha da məhdudlaşdırılması təhlükəsi yaradır.

Hazırda Hörmüz boğazından LNG axını demək olar ki, dayanıb. Təchizatdakı sıxıntı fonunda Avropa və Asiyada LNG qiymətləri müharibədən əvvəlki səviyyələrlə müqayisədə təxminən iki dəfə artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Kəlbəcərə dolu yağıb

16:02 28.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM