satellite   Azerspace-1: 11135 H 30000

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti dəfə taxıl tədarükü həyata keçiriləcək.

NTV xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 280 ton olan arpa "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 54 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.

Eyni zamanda, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Kəlbəcərə dolu yağıb

16:02 28.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM