satellite   Azerspace-1: 11135 H 30000

Gənclər Fondunun qrant müsabiqəsinin nəticələri elan olunub

Gənclər Fondunun qrant müsabiqəsinin nəticələri elan olunub

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən mayın 22-dən iyunun 28-dək keçirilən “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin nəticələri elan edilib.

Gənclər Fondundan NTV-yə verilən məlumata görə, qrant müsabiqəsinin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə vermək olub.

Fondun Müşahidə Şurasının Qərarına əsasən 52-si yerli, 3-ü beynəlxalq olmaqla 55 gənclər təşkilatının, 84 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə linki vasitəsilə tanış ola bilərsiniz.

Qrant müqavilələrinin imzalanması üçün qaliblər sentyabrın 15-dən oktyabrın 15-dək tələb olunan sənədlərlə Gənclər Fondunun ofisinə yaxınlaşa bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM