satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanın beynəlxalq ehtiyatları 8,14 milyard dollara yüksəlib

Gürcüstanın beynəlxalq ehtiyatları 8,14 milyard dollara yüksəlib

Gürcüstanın ümumi beynəlxalq ehtiyatları 2026-cı ilin avqust ayı etibarilə tarixi maksimuma çataraq 8,14 milyard ABŞ dolları təşkil edib.

NTV xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Bildirilir ki, beynəlxalq ehtiyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz, əvvəlki ayla müqayisədə isə 613 milyon dollar artıb.

Məlumatda qeyd olunur ki, ehtiyatların adekvatlığı Beynəlxalq Valyuta Fondunun metodologiyası üzrə müəyyən edilmiş 100 faiz həddi aşaraq 128,2 faiz təşkil edir.

2024-cü ilin oktyabrından etibarən ölkənin beynəlxalq ehtiyatlarının həcmi təxminən iki dəfə artıb. 2026-cı ilin yanvar-iyul aylarında Milli Bankın valyuta bazarında xalis alışları 2 milyard 566,6 milyon dollar olub.

Beynəlxalq ehtiyatların tərkibində monetar qızılın dəyəri də artıb. Avqust ayında onun dəyəri əvvəlki ayla müqayisədə 135 milyon dollar artaraq 1 milyard 149,2 milyon dollara çatıb. Monetar qızılın ümumi beynəlxalq ehtiyatlarda payı 14,1 faiz təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM