Azərbaycan paraüzgüçüsü Raman Salei Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
NTV-nin məlumatına görə, o, 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:03.38 nəticə göstərib.
R.Salai yarışda S12 kateqoriyasında mübarizə aparır.
Xatırladaq ki, Avropa çempionatında yeniyetmə paraüzgüçü Əli Vəliyev də çıxış edir.
