Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 31 avqust-6 sentyabr tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan NTV-yə bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 140, tankəleyhinə 28 mina və 1390 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1706,4 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib.
