satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhəri S.Vurğun küçəsi əsaslı təmir olunur - FOTOLAR

Naxçıvan şəhəri S.Vurğun küçəsi əsaslı təmir olunur<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhəri S.Vurğun küçəsi əsaslı təmir olunur<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhəri S.Vurğun küçəsi əsaslı təmir olunur<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhəri S.Vurğun küçəsi əsaslı təmir olunur<font color=red> - FOTOLAR</font>

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, ümumi uzunluğu 17.5 kilometr olan Naxçıvan şəhəri S.Vurğun, N.Naxçıvani, M.H.Şəhriyar-H.Rəhmanov, 58-61-ci məhəllə istiqamətində əsaslı təmir işlərinə başlanılıb.

Hazırda ərazidə yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə 17.5 kilometrlik avtomobil yoluna 2 qat asfalt örtüyü döşənəcək.

Qeyd edək ki, işlər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramının icrası çərçivəsində aparılır. Proqrama daxil olan digər küçə və məhəllələrdə də işlər mərhələli şəkildə həyata keçiriləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM