satellite   Azerspace-1: 11135 H 30000

AZAL 2050-ci ilədək "net-zero"ya nail olmaq üçün strategiya hazırlayır

AZAL 2050-ci ilədək "net-zero"ya nail olmaq üçün strategiya hazırlayır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2050-ci ilədək sıfır emissiya (net-zero) səviyyəsinə nail olmaq üçün strategiyasını hazırlayır vı bu zaman emissiyaların azaldılmasının 90 %-i birbaşa aviasiyanın daxili tədbirlərin payına düşür.

NTV xəbər verir ki, bunu AZAL-ın ESG məlumatlarının idarə edilməsi üzrə biznes tərəfdaşı Məhəmməd Əliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" tədbiri çərçivəsində keçirilən panel müzakirəsində deyib.

"Hazırda şirkət 15-20 % daha az karbon emissiyası yaradan yeni təyyarələr alır. Bundan başqa, ötən ildən etibarən biz Avropa reyslərində artıq 2 % ekoloji baxımdan "təmiz aviasiya yanacağı"ndan (SAF) istifadə edirik və 2050-ci ilə qədər bu göstərici təxminən 30 %-ə qədər artmalıdır. Park və marşrutların idarə edilməsinin optimallaşdırılması da emissiyaların 8 % azalmasını təmin etməlidir", - o vurğulayıb.

M.Əliyevin sözlərinə görə, karbon bazarı bütövlükdə dekarbonizasiya strategiyasının yeganə aləti deyil, onun tərkib hissəsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM