satellite   Azerspace-1: 11135 H 30000

Futbol üzrə Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan millisinin oyunlarının biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan milli komandasının yoldaşlıq görüşü çərçivəsində Tacikistanla, həmçinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə görüşlərinin biletləri satışa çıxarılıb.

AFFA-dan NTV-yə bildirilib ki, biletlərin qiymətləri 3-40 manat arasında dəyişir.

Qeyd edək ki, Ayxan Abbasovun baş məşçqisi olduğu kollektiv sentyabrın 23-də saat 20:00-da “Palms Sports Arena” stadionunda Tacikistan millisi ilə yoldaşlıq görüşündə qarşılaşacaq. Yığma oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyn, oktyabrın 4-də saat 17:00-da isə “Palms Sports Arena”da Litva millisi ilə üz-üzə gələcək.

Oyunlara bilet satışı iticket.az vasitəsi ilə həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM