satellite   Azerspace-1: 11135 H 30000

VI Dünya Köçəri Oyunlarının qalibi Qazaxıstan olub

VI Dünya Köçəri Oyunlarının qalibi Qazaxıstan olub

VI Dünya Köçəri Oyunlarında ümumi komanda hesabında nəticələr yenidən hesablandıqdan sonra birinci yeri Qazaxıstan tutub.

NTV xəbər verir ki, qazaxıstanlı idmançılar 32 qızıl, 20 gümüş və 22 bürünc olmaqla, ümumilikdə 74 medal qazanıblar.

“Kazinform” agentliyinin məlumatına görə, ikinci yeri 30 qızıl medalla Qırğızıstan, üçüncü yeri isə 7 qızıl medalla Rusiya tutub.

Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov bildirib ki, VI Dünya Köçəri Oyunları yüksək səviyyədə keçirilib və böyük idman bayramı kimi başa çatıb. O vurğulayıb ki, xüsusilə kok-boru və yer-ulak yarışları daha möhtəşəm olub. Qırğızıstanla Qazaxıstan komandaları yüksək oyun səviyyəsi nümayiş etdiriblər.

VI Dünya Köçəri Oyunları avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçirilib. Oyunlarda 113 ölkədən 3 minə yaxın idmançı iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM