Sentyabrın 5-6-da Rusiyanın Vladiqafqaz şəhərində güləş üzrə “Xadartsev qardaşlarının kuboku” yarışı keçirilib.
NTV xəbər verir ki, sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan yarışda 10-a yaxın ölkədən 100-dən çox idmançı mübarizə aparıb.
Azərbaycan milli komandasının baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında ənənəvi turnirdə iştirak edən 8 idmançımız fəxri kürsüyə qalxıb.
Zirəddin Bayramov (70 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Osman Nurmaqomedovla (92 kiloqram) Xetaq Karsanov (125 kiloqram) ikinci, Cəbrayıl Hacıyev (79 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Muxamad Qantemirov (125 kiloqram) isə üçüncü yeri tutub.
Beləliklə, Azərbaycan millisi memorialı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub.
