satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb - FOTOLAR

Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb<font color=red> - FOTOLAR</font> Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb<font color=red> - FOTOLAR</font> Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüş keçirib.

ANAMA-nın mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, görüş zamanı humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti və iki ölkə arasında bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Vüqar Süleymanov Çinə Azərbaycanın minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə və texniki dəstəyə görə təşəkkürünü bildirib. Səfir Çinin Azərbaycana bu sahədə göstərdiyi dəstəyin ölkələrimiz arasında humanitar əməkdaşlığın və həmrəyliyin mühüm göstəricisi olduğunu vurğulayıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Lerikdə zəlzələ olub

16:36 17.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM