satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 188 layihə başa çatdırılıb

Naxçıvanda dövlət dəstəyi və özəl investisiyalar hesabına 188 layihə başa çatdırılıb

Bu ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 188 layihə icra olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, bu layihələrdən 36-sı yeni yaradılma, 152-si isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda, 38-i yaradılma və 51-i genişləndirmə olmaqla, ümumilikdə 89 layihənin icrası davam etdirilib.

Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. İcra olunmuş 188 layihədən 167-si Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Lerikdə zəlzələ olub

16:36 17.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM