Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova şose qaçışı üzrə dünya çempionatında iştirak etmək üçün Danimarkanın paytaxtı Kopenhagenə yollanıb.
Bu barədə NTV-yə Azərbaycan Atletika Federasiyasından məlumat verilib.
O, yarışa məşqçisi Vüqar Ələsgərovla birlikdə gedib.
Dünya çempionatı sentyabrın 19-20-də baş tutacaq.
