satellite   Azerspace-1: 11135 H 30000

Suriyada atışma nəticəsində 3 təhlükəsizlik əməkdaşı həlak olub

Suriyada atışma nəticəsində 3 təhlükəsizlik əməkdaşı həlak olub

Suriyanın Dəraa vilayətinin əl-Sanəmeyn şəhərində əməliyyat zamanı 3 daxili təhlükəsizlik əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb.

NTV yerli mediaya istinadla xəbər verir ki, Suriyanın Daxili Təhlükəsizlik Qüvvələrinin yaydığı açıqlamaya görə, hadisə axtarışda olan şəxslərdən birinin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı baş verib.

Məlumata görə, axtarışda olan şəxsin rəhbərlik etdiyi silahlı qanunsuz qrup əməliyyat keçirən patrula hücum edib, nəticədə təhlükəsizlik əməkdaşları ilə atışma baş verib.

Bildirilib ki, təhlükəsizlik qüvvələri əl-Sanəmeyn şəhərində mövqelərini gücləndirib, silahlı qrupun üzvlərinin və hücumda iştirak edən şəxslərin axtarışını davam etdirir. Təhlükəsizlik vəziyyəti sabitləşənədək şəhərdə müvəqqəti komendant saatı tətbiq edilib.

Daxili Təhlükəsizlik Qüvvələri hücumda iştirak edən bütün şəxslərin müəyyən edilərək saxlanılması və onların barəsində qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM