satellite   Azerspace-1: 11135 H 30000

Hacıqabulda oğurluq edən şəxs saxlanılıb

Hacıqabulda oğurluq edən şəxs saxlanılıb

Hacıqabul rayonunda yerləşən kafelərin birindən pul və 3 ədəd mobil telefon oğurlanması, eləcə də yanacaqdoldurma məntəqələrinin birindən oğurluğa cəhd edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Nəriman Vəlizadə saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan şəxsin Bakı şəhəri ərazisindən 5 ədəd motosiklet oğurlayaq satması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Vəlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM