satellite   Azerspace-1: 11135 H 30000

Lamin Yamal şəxsi rekordunu təkrarlayıb

Lamin Yamal şəxsi rekordunu təkrarlayıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb.

NTV yerli mətbuata istinadən xəbər verir ki, 19 yaşlı vinger buna La Liqanın VI turunda "Rasinq"lə oyunda fərqlənməklə nail olub.

7:2 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan Yamal ardıcıl 5 görüşdə rəqib qapılarına yol tapır. Bu, onun karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır.

Xatırladaq ki, İspaniya millisinin üzvü "Rasinq"lə qarşılaşmadan əvvəl "Rayo Valyekano" (dubl), "Valensiya" (dubl), "Feyenoord" və "Levante" (dubl) ilə qarşılaşmalarda fərqlənmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM