satellite   Azerspace-1: 11135 H 30000

Yəməndə məcburi köçkünlərin sayı 122 mini keçib

Yəməndə məcburi köçkünlərin sayı 122 mini keçib

Yəməndə Çadır Düşərgələri İdarəsinin ölkədə baş verən şiddətli toqquşmalar nəticəsində köçkün düşənlərin sayının artdığını bildirib. Qeyd olunur ki, ölkənin 8 vilayətində 18 min köçkün ailə (122 min nəfərdən çox) qeydiyyata alınıb.

NTV yerli mediaya istinadla xəbər verir ki, ən çox köçkün Taizdədir. Təkcə bu vilayətdə 9500 ailə didərgin düşüb.

Qeyd olunur ki, Beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin silahlı qüvvələri ilə ölkənin qərbində möhkəmlənmiş husi qruplaşması arasında bir neçə cəbhədə silahlı toqquşmalar şiddətlənib.

Mərib və Taiz vilayətlərində husilərin nəzarətində olan ərazilər atəşə tutulub. Həmçinin əl-Moxa və Zubab şəhərləri yaxınlığındakı təchizat yolları hədəfə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM