satellite   Azerspace-1: 11135 H 30000

Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər

Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər

Rayonun işğalından sonra doğulmuş şəxslər məcburi köçkün statusu ala biləcəklər.

NTV xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"da dəyişiklik edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarına əsasən, həmin şəxslər üçün aşağıdakı sənədlər tələb ediləcək.

- Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə);

- Anasının şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnaməsinin surəti (əsli ilə birlikdə);

- Nikahı pozulmuş şəxslərə münasibətdə nikahın pozulması haqqında şəhadətnamə, nikah olmadığı halda atalığın müəyyən edilməsi haqqında şəhadətnamə;

- Atasının şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə);

- Atasının "məcburi köçkün" vəsiqəsi və ya məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış;

- 2 ədəd 3x4 ölçüdə rəngli (ağ fonda) fotoşəkil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM